"Cəriməsi 82 manatdır" deyib YPX-dan qaçdı, 200 manat cərimə edildi

Bakıda yol polisindən qaçan və qəza tərədən şəxs cərimə edilib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat yolu istiqamətində baş verib.
1997-ci il təvəllüdlü D.F. mətbəxdə istifadə edilən qaz balonunu yanacaq doldurma məntəqəsində doldurub Zabrat istiqamətində hərəkət edən zaman yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Ona qaz balonun daşınma qaydalarını pozduğuna görə 1000 manat cərimə olunacağı bildirilib. O, polisdən qaçmağın cəriməsinin 82 manat olduğunu düşünərək yolunu dəyişdirib və YPX əməkdaşlarından qaçıb.
D.F. "Mercedes E-240” markalı avtomobillə Zabrat qəsəbəsi, Babək küçəsi ilə üzü şəhər istiqamətində üfiqi nişanlama xəttinin tələbini pozaraq əks istiqamədə hərəkət edib və yol ayrıcında işıqforun qadağanedici işığında yüksək sürətlə kobud qayda pozuntusu edərkən hərəkətdə olan "Toyota Prius" markalı avtomobil ilə toqquşub.
Təqsirləndirilən şəxs məhkəmədə güzgüdən arxadan gələn YPX maşınına baxdığı üçün işıqforu bilmədən keçdiyini və "Prius"la toqquşduğunu, özünü təqsirli bildiyini deyib. O, evdə azyaşlı uşaqları olduğundan barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin hökmü ilə D.F İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 200 manat məbləğində cərimə olunub. O, dərhal məhkəmə iclas zalında azad edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












