Banner

Ceyranbatan su anbarından meyit tapıldı - YENİLƏNİB

Hadisə 2 Noyabr 2026 13:53
Ceyranbatan su anbarından meyit tapıldı    - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunda baş verən ölüm hadisəsi ilə bağlı yeni detal məlum olub.

Avtosfer.az xəbər verir ki, İri Şəhərlərin Su Təchizatının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Mahir Tofiq oğlu Ramazanov iş otağında qəfil dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə, Mahir Ramazanov ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

***13:18

Abşeron rayonu ərazisində yerləşən Ceyranbatan su anbarından meyit tapılıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 30-u saat 19 radələrində anbarın Saray qəsəbəsi istiqamətindəki hissəsində qeydə alınıb.

Ölən şəxsin Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Ramazanov Mahir Tofiq oğlu olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

M.Ramazanovun hansı səbəbdən su anbarına düşməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 136
ŞƏRH YAZ
Ad

E-mail

Şərh