Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Paytaxtın Günəşli qəsəbəsi istiqamətində hərəkət edən sürücülər üçün yol nişanlarının düzgün yerləşdirilməsi ilə bağlı problem yaranıb. Söhbət körpüdən endikdən sonra yerləşən sonuncu yolayrıcından gedir. Həmin ərazidə müvafiq nişanların olmaması sürücülər arasında anlaşılmazlığa və qəza riskinin artmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sözügedən yolayrıcında yaranan vəziyyətə diqqət çəkib.
Onun sözlərinə görə, yolun sağ tərəfində “Baş yol” nişanının olmaması, digər istiqamətdən gələn nəqliyyat vasitələrinin yol verməməsi sürücülər üçün ciddi problem yaradır.
Aqil Rəhimov qeyd edib ki, qarşı tərəfdən gələn avtomobillər üçün “Stop” və ya “Yol ver” nişanlarının olub-olmadığı da aydın deyil. Bu isə yolayrıcında hərəkət üstünlüyünün müəyyənləşdirilməsini çətinləşdirir.
Müvafiq nişanlar olmadıqda, sürücülər yol hərəkəti qaydalarına əsasən sağdan gələn nəqliyyat vasitələrinə üstünlük verməli olurlar. Halbuki həmin yol həm də körpüdən Günəşli istiqamətinə hərəkət edən sürücülərin istifadə etdiyi əsas marşrutlardan biridir. Bu vəziyyət qəza baş verəcəyi təqdirdə sürücülərin məsuliyyət məsələsində də mübahisələrə səbəb ola bilər.
Aqil Rəhimov aidiyyəti qurumlara müraciət edərək yolun müvafiq hissəsində “Baş yol” nişanının, sağdan gələn nəqliyyat vasitələrinin hərəkət etdiyi istiqamətdə isə zərurətə uyğun olaraq “Yol ver” və ya “Stop” nişanının quraşdırılmasını xahiş edib.
Yol nişanlarının düzgün yerləşdirilməsi bu ərazidə hərəkətin nizamlanmasına, sürücülər arasında anlaşılmazlığın aradan qaldırılmasına və mümkün qəzaların qarşısının alınmasına kömək edə bilər.
Eltac Zülfüqaroğlu
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO












