Çindən iki "Changan" gətirən şirkət cərimələndi

"Otoqallery" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.
Məhkəmədə məlum olub ki, "Otoqallery” MMC Çindən gələn 2 ədəd 2025-ci il buraxılış "Changan Qiyuan” markalı nəqliyyat vasitəsi barəsində qısa idxal bəyannaməsi vaxtında verməyib. Məhkəmənin hökmü ilə MMC 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə olunur.
Xatıradaq ki, nizamnamə kapitalı 50100 AZN olan "Otoqallery” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Rəşidov Rəşad Aydın oğludur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












