Culfada 44 yaşlı qadın qətlə yetirildi - Qardaşı saxlanıldı
Hadisə
25 İyun 2024 09:37

Ötən gün saat 23:20 radələrində bir nəfər Culfa rayon Bənəniyar kənd sakini küt alətlə qətlə yetirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla Culfa rayon Bənəniyar kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Məhərrəm oğlunun şəxsi münasibətlər zəminində bacısı 1980-ci il təvəllüdlü Muradova Elfanə Məhərrəm qızını küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Əliyev Ruslan Məhərrəm oğlu şübhəli şəxs qismində tutulub.
Culfa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxunub : 1064
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 22:29
Sumqayıtda zavodda qanlı hadisə
13 Noyabr 2026 21:59
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
13 Noyabr 2026 17:48
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
13 Noyabr 2026 15:18
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
12 Noyabr 2026 17:47
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
12 Noyabr 2026 14:06
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
12 Noyabr 2026 12:30
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
ŞƏRH YAZ












