Daşqınlar nəticəsində 321 nəfər ölüb

Nigeriyada silsilə daşqınlar 321 nəfərin ölümü ilə nəticələnib. Ümumilikdə təbii fəlakət 217 yaşayış məntəqəsini əhatə edib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “Daily Trust” qəzeti Milli İqtisadiyyat Şurasına istinadən məlumat yayıb.
Daşqınlar həm də dövlət, həm də şəxsi əmlaka ziyan vurub. Belə ki, 280 mindən çox yaşayış binası və 258 min hektar sahədə əkin sahələri məhv olub.
2024-cü ildə təbii fəlakət təkcə ölkənin adətən güclü yağış yağan cənubunu deyil, həm də quraq və səhra şimalına təsir edib. Səlahiyyətli şəxslər gələcəkdə daşqınların belə ağır nəticələrinin qarşısını almaq üçün Nigeriyanın çaylarının, göllərinin və digər su obyektlərinin inventarlaşdırılması barədə göstəriş veriblər.
Yağışlı mövsümün başa çatması Qərbi Afrikanın bir çox ölkəsində görünməmiş daşqınlarla nəticələnib. Nigeriya, Çad, Mali, Qvineya, Niger, Kamerun, Qana və Liberiyada 4 milyondan çox insan təsirlənib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












