Dələduz “makler” “beh” adı ilə qadının pulunu ələ keçirdi - Ehtiyatlı olun! - VİDEO - RƏSMİ

Bakıda “Makler” adıyla dələduzluq edən şəxs vətəndaşın pulunu mənimsəyib.
Zərərçəkmiş başına gələn hadisəylə bağlı Avtosfer.az-a müraciət edib. O bildirib ki, ev kirayəsi üçün “Lalafo” elan saytına müraciət edib və elanlarda özünü rieltor kimi qeyd edən Əli adlı şəxslə əlaqə saxlayıb. Qadın “əmlakçı”nın göndərdiyi evin ünvanına və şəraitinə görə olduqca münasib qiymətə kirayəyə verildiyini və dələduzun digər müştərilərin də əmlakla maraqlandığını qeyd edib. Beh göndərdiyi halda evi saxlaya biləcəyini bildirən dələduz sayta yerləşdirdiyi saxta elanla bağlı ətraflı informasiya verməyi də əsirgəməyib. Zərərçəkmişin sözlərinə görə, “əmlakçı” onun şəxsi məlumatlarını öyrənib və ardıyca bank hesabını göndərib. Xanım ödənişi (100 manat) etdikdən sonra qəbzi ona yollayıb, lakin “niyyət”inə çatan şəxslə bundan sonra əlaqə saxlamaq mümkün olmayıb. Şikayətçi “makler”in şəxsiyyət vəsiqəsini ona göndərdiyini və bu səbəbdən inandığını əlavə edib.
Ümid edirik ki, insanları aldadaraq onların pullarını ələ keçirən dələduzla bağlı qısa zamanda qanunamüvafiq tədbir görüləcək.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı Avtosfer.az-a bildirib ki, bəzi şəxslər etibardan sui-istifadə edərək mənzil kirayələmək istəyən şəxslərə qarşı dələduzluq edir: "Polis aldatma, etibardan sui-istifadə yolu ilə müşahidə olunan bu kimi neqativ hallara qarşı mübarizə aparır. Hər bir dələduzluq əməli öz üsul və metoduna görə bir-birindən fərqlənir. Bu və ya digər formada evlərin kirayələnməsində və alqı-satqısında vətəndaşlar diqqətli, ayıq-sayıq olmalı, görmədiyi və mövcudluğuna əmin olmadığı evlərə görə, hər hansı formada vəsait ödəməməlidir.
Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər.
Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər".
Nərmin
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO
Orta yaşlı kişi hərəkətdə olan avtomobillərin qarşısına qəfil atıldı - VİDEO
“Qurban olum, bir övladım var, maşını saxla” – Uşağını nəzarətsiz qoyan valideyn - VİDEO
Bakıda kişi maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı
“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İB yeni layihəyə start verib
Piyada keçidi ola-ola azyaşlı ilə avtomobillərin önünə atıldı - VİDEO
Bakıda xarici narkotacirlərə xidmət edən sürücülər belə saxlanıldı - Əməliyyat görüntüləri - VİDEO
Bakıda baş vermiş kütləvi dava ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
Musiqi sifarişi üstündə dava düşdü – Müştəri xəstəxanalıq oldu - VİDEO










