Dələduzluqda təqsirləndirilən şəxs yenidən hakim qarşısına çıxarılır

Bakıda dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığında təqsirləndirilən - Sevinc Atayeva, Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.
Şikayət hakim Əfqan Ələkbərovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, cinayət işində zərərçəkmiş qismində Xəzər rayon Şağan bələdiyyəsi və Aydın Qulu oğlu Əliyev tanınıb.
Belə ki, 2023-cü ilin iyul ayında həmin bələdiyyənin sədri vəzifəsini icra edən Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.
Sevinc Atayeva Cinayət Məcəlləsinin 308.1 və 313-cü, Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
Sevinc Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərdən birində direktor müavini vəzifəsində çalışıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Atayeva 1 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 2 min manat cərimə edilib.
Digər şəxslərə də müxtəlif məbləğlərdə cərimə cəzası tətbiq edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












