Deputat meşə işçisini öldürdü

Sumı Regional Şurasının deputatı meşə təsərrüfatı işçisini qətlə yetirməkdə şübhəli bilinir. O, şübhəli elan edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Sumı vilayətinin prokurorluğundan bildirilib.
“İstintaqın məlumatına görə, hadisə iyunun 21-də Konotop rayonunun Zareçye kəndində yerləşən “Şimal meşə” ov qoruğunun ərazisində baş verib”, - xəbərdə vurğulanır.
Müstəntiqlərin müəyyən etdiyi kimi, Sumı Regional Şurasının deputatı öz ov karabini ilə hədəf əvəzinə atəş zonasında olan meşə təsərrüfatı işçisinə atəş açıb.
46 yaşlı zərərçəkən aldığı güllə yarasından yerindəcə keçinib.
Sumı Vilayət Prokurorluğunun rəhbəri Aleksandr Pançenko deputata qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi) şübhəsi ilə bağlı məlumat verib. Hazırda şübhəli şəxs müvəqqəti saxlama təcridxanasındadır, həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
(lent.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












