“Deyirdi, siqaret, pivə al, qarnımıza, belimizə vururdu” - Ata uşaqlarına işgəncə verib? - FOTO

Ağstafanın Yeni Gün kəndində atanın azyaşlı uşaqlarını döyərək onlara işgəncə verdiyi bildirilir. Avtosfer.az xəbər verir ki, bu haqda “Qafqazinfo”ya uşaqların anası Günel Bayramova şikayət ünvanlayıb. Ana iddia edir ki, onun həyat yoldaşı, kənd sakini 42 yaşlı Oruc Əliyev öz aralarında olan mübahisələrə görə uşaqları incidirmiş.
Sonuncu davalarından sonra ata evinə gedən Günel Bayramova bildirir ki, əri evdə olmayanda uşaqlara baş çəkməyə gedib. Deyir ki, bundan hiddətlənən əri uşaqlara işgəncə verib:
“Uşaqların bədəni yara səpib. Burda da həkimdən keçdilər. Qızın ayaqları gömgöydür. Ağacla döyüb. Dünən mən yas məclisində idim. Oradan uşaqlara yemək aparmışdım. Onun üstündə döyüb ki, ananızla niyə görüşmüsünüz. Uşaqlarım azyaşlıdır. Biri dördüncü, biri üçüncü, digəri isə birinci sinifdir. İçki aludəçisidir. Qısqanclıq zəminində döyür məni. İki il əvvəl uşaqları şunurla döymüşdü”.
Azyaşlılar da ataları haqda deyilənləri təsdiqləyiblər. Bildiriblər ki, ataları onları və analarını günlərlə müxtəlif əşyalarla döyüb işgəncə verib:
“Deyirdi, get siqaret, 2 litrlik pivə al. Sonra evə gəlirdik. Döyürdü, belimizə yumruq, qarnımıza şapalaq vururdu”, - deyə uşaqlardan biri bildirib.
Məlumat üçün bildirək ki, azyaşlılar əvvəlcə xəstəxanaya yerləşdiriliblər.
Ağstafa rayon Xəstəxanasından isə bildirilib ki, müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.
Qeyd edək ki, bu, qadın və kişinin ikinci ailə həyatıdır. Onların rəsmi nikahları yoxdur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib ki, Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
Ağstafada azyaşlı övladlarını döyən və işgəncə verən ata saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib. Qurumdan qeyd edilib ki, övladlarını döyən və işgəncələr verən ata Oruc Əliyev polis əməkdaşları tərəfindən tutulub. Məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.


Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










