DİN: Kəlbəcər sakininin Gəncədə əsassız saxlanılaraq döyülməsi həqiqəti əks etdirmir

Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakininin Gəncə şəhərində əsassız olaraq saxlanılaraq polis şöbəsinə aparılması, ona qarşı təzyiqlər göstərilməsi və bağlı əsassız xəbərlər dərc olunub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, avqustun 28-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət apararkən “Niva” markalı avtomobil qayda pozuntusuna görə saxlanılıb.
Sürücünün sərxoş olması barədə şübhələr olduğundan onun alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirilməsi tələb olunub. Lakin sürücü Ruslan Nağıyev və sərnişin İntiqam Salahov polisin qanuni tələblərinə tabesizlik göstəriblər, hərəkətlərinə görə barələrində olan inzibati tənbeh tədbirindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilib və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı sürücü 8 sutka müddətinə inzibati qaydada həbs edilib, İ.Salahov barəsində isə cərimə növündə inzibati tənbeh növü seçilib.
"Həmin şəxslərin döyülməsi ilə bağlı iddialar isə həqiqəti əks etdirmir. Onu da qeyd edim ki, iddialarla bağlı İ.Salahov aidiyyəti üzrə digər qurumlara da müraciət edib, hazırda araşdırma aparılır", - E.Qasımov deyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












