Dubaydan Azərbaycana 655 karata yaxın brilyant gətirmək istəyən şəxs TUTULDU

Hadisə 3 Sentyabr 2026 11:11
Dubaydan Azərbaycana 655 karata yaxın brilyant gətirmək istəyən şəxs TUTULDU
WhatsApp kanalımıza abunə olun

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.

Avtosfer.az komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşı gömrük yoxlamasına cəlb edilib.

Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.

Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh