Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO

Qaydalar 3 Sentyabr 2026 09:30
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda yol polisi əməkdaşlarının təqdirəlayiq hərəkəti sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, avtomobildə olan azyaşlı uşağın qəfil halı pisləşib. Valideyni uşağı təcili olaraq xəstəxanaya çatdırmaq istəsə də, yolda yaranan sıxlıq səbəbindən hərəkət etməkdə çətinlik çəkib.

Çıxılmaz vəziyyətdə qalan sürücü yaxınlıqda xidmətdə olan, 99-YP-473 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti əməkdaşlarından kömək istəyib.

Polis əməkdaşları dərhal hərəkətə keçərək yolu açıb və azyaşlının olduğu avtomobili müşayiət edərək xəstəxanaya təhlükəsiz və operativ şəkildə çatdırıblar.

Sürücü göstərdikləri köməyə görə yol polisi əməkdaşlarına sosial şəbəkə vasitəsilə təşəkkürünü bildirib.

Polis əməkdaşlarının bu cür addımı vətəndaş məmnuniyyətinin yüksək nümunəsi kimi qiymətləndirilir.

 

Fərid

Oxunub : 296
ŞƏRH YAZ
Ad

E-mail

Şərh