Dünyanın ən böyük kruiz gəmisi yandı - FOTO

Yanvar ayında ilk səyahətinə çıxan dünyanın ən böyük kruiz gəmisi "İcon of the Seas" Meksikanın Kosta Maya limanına yanaşarkən alovlanıb. “Royal Caribbean” rəsmiləri yanğının tez bir zamanda söndürüldüyünü bildiriblər.
Bir anda bütün gəmidə elektrik enerjisi kəsilərək liftlərin, kondisionerlərin, texniki xidmət stansiyalarının və kabinələrin işii iflic edib.
“Royal Caribbean Group” sözçüsü yanğın nəticəsində gəminin gücünü itirdiyini təsdiqləsə də, bütün lazımi təhlükəsizlik prosedurlarına əməl edildiyini və ekipajın yanğını tez bir zamanda söndürə bildiyini qeyd edib.
Sosial şəbəkələrdə yayılan videoda səsgücləndiricidən fövqəladə vəziyyət elan edildiyi, yanğınsöndürənlərin pilləkənlərdən aşağı enməsi müşahidə olunur.
"Kosta-Mayada lövbər salan zaman bir növ qəza baş verib.
Yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər. Gəmi hazırda qrafikə uyğun hərəkət edir.
Mütəxəssislər kruiz gəmilərində yanğınların nadir hallarda baş verdiyini, lakin alov çox sürətlə yayıldığı üçün baş verə biləcək ən təhlükəli problemlərdən biri olduğunu bildirirlər. Bütün riskləri minimuma endirmək üçün daşıyıcılar sərnişinlərə yalnız xüsusi ayrılmış yerlərdə siqaret çəkməyə icazə verirlər.
Bloqqerlər artıq “YouTube”dakı videolarında bu hadisəni araşdırmağa başlayıblar.
“Royal Caribbean” prezidenti və icraçı direktoru Maykl Beyli jurnalistlərə açıqlamasında bildirib ki, bu gəmi ailəvi istirahət üçün ideal seçimdir.

Mənbə: Sfera.az
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












