Ekvadorda ticarət mərkəzinin yaxınlığında avtomobil partladıldı

Quayakil şəhərində iri ticarət mərkəzinin qarşısında avtomobil partladılıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında, "Mall de Sol" ticarət mərkəzinin yaxınlığında baş verib.
Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Əraziyə 2 yanğınsöndürən, 2 xilasedici və 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Şahidlərin sözlərinə görə, avtomobil əvvəl alovlanıb, daha sonra içərisində quraşdırılmış bomba işə düşərək güclü partlayış baş verib. Yaxınlıqdan təsadüfən keçən taksi şoferi həyatını itirib, 2 sakin isə yaralanıb. Partlayışın təsirindən ticarət mərkəzi ilə yanaşı ətrafdakı tikililər də ziyan görüb.
Qeyd edək ki, polis ərazini nəzarətə götürüb, araşdırma başlanılıb. Şəhər meri Umberto Plasa partlayışın bilərəkdən edildiyini və terror aktını törədənləri ağır cəza gözlədiyini bildirib.(525.az)
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












