Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür? - Vüqar Ələkbərovla bağlı araşdırma başladı - FOTO

Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı Baş Prokurorluqda yenidən araşdırma aparılır.
Avtosfer.az Aztimes.az-a istinadən xəbər verir ki, bu ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən “Universal Hospital”da tanınmış xanım müğənnilərdən birinin üzərində sinə kiçiltmə əməliyyatı aparıb. Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istəməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb. Belə ki, əməliyyatdan sonra qadının sinə nahiyəsində nikrozlaşma (çürümə) müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.
İddialara əsasən, yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıb. Hazırda daxil olan məlumata görə, Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












