Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ (Yenilənib)

Ötən gün İsmayıllı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan şəxsin polkovnik olduğu məlum olub.
Avtosfer.az-ın Modern.az-a istinadən məlumatına görə, Əlişir Süleymanov 1992-2016-cı illərdə Azərbaycan Ordusunda müxtəlif hərbi vəzifələrdə, o cümlədən ön cəbhədə xidmət edib. Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
22 iyun 2006-cı il tarixində "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 5 iyul 2019-cu il tarixində isə "FƏDAİ" medallarına layiq görülüb. O, II qrup Qarabağ Müharibəsi əlilidir. 2021-ci ildə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə İcra Hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.

**
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının İsmayıllı rayonunda keçirdikləri əməliyyat nəticəsində rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, hazırda onların ifadələri alınır. Hələ ki ittiham verilməyib.
**
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İsmayıllı rayonunda əməliyyat keçirirlər. “Bakıvaxtı”nın məlumatına görə, bələdiyyə və icra hakimiyyətinin vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.
Yaxın vaxtlarda əməliyyatla bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












