Ermənistanda yük maşını bir qrup hərbçini vurdu: Ölən var - FOTO

Ermənistanda ordunun bir hərbçisinin ölümü, altısının isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə dünən axşam saatlarında Geğarkunik vilayətində baş verib.
Bildirilir ki, hələlik məlum olmayan səbəblərdən QAZ-53 yük maşınının sürücüsü avtomobili bir qrup əsgərin üzərinə sürüb.
Nazirlikdən bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində hərbi qulluqçu Suren Vardanyan həyatını itirib. Xəsarət alan altı nəfər hərbçi isə hospitala çatdırılıb, onların həyatı üçün heç bir təhlükə yoxdur.
Ermənistan mətbuatında yayılan məlumatlara görə, yaralı hərbçilərdən ikisinin vəziyyəti ağır, dördünün isə kafi qiymətləndirilir. Zərərçəkənlərin hamısında sınıq xəsarətləri diaqnozlaşdırılıb.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












