Evlərdən oğurluq edən şəxs ayaq izi ilə saxlanıldı - FOTO - VİDEO

Xəzər rayonu Binə qəsəbəsində yerləşən evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 18 ədəd spirtli içki viskinin oğurlanması barədə polisə məlumat daxil olub.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Vüsal Məmmədli saxlanılıb. Araşdırma zamanı onun ümumilikdə 7 evdən oğurluq etdiyi müəyyən edilib. V.Məmmədli oğurladığı qızılları Buzovna qəsəbəsində yerləşən mağazaya satıb.
Qeyd edilib ki, saxlanılan şəxs oğurluq etdiyi evlərdən birini pəncərədən tərk edən zaman mənzildə onun ayaq izləri qalıb. Polisin məhz ayaq izindən başladığı araşdırmalar sonda V.Məmmədlinin saxlanılması ilə nəticələnib. V.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















