Əzizəyə 18 il həbs tələbi - Ərinin ölümünü sifariş vermişdi

Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidova və onunla birgə mühakimə edilənlərin iki ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, Əzizə Seyidovanın həyat yoldaşını sifarişlə öldürtdürməsi məhkəmə istintaqı ilə də təsdiqini tapıb.
Toplanmış sübutlara əsasən, Əzizənin 18, Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin hər birinin 19 il müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib.
Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin yazında Maştağa qəsəbəsində baş verib.
İş materiallarında yazır ki, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə “siçan dərmanı” qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










