Fərid Mehralızadə və Elnarə Qasımovanın həbs müddəti uzadılıb

“Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimata baxılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub.
Məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin 2 ay müddətində uzadılması barədə qərar verib.
Həbsdə olan iqtisadçı Fərid Mehralızadə barəsində həbs qətimkan tədbirinin də müddəti uzadılıb.
Xətai Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, onunla bağlı qətimkan tədbiri 3 ay 13 gün müddətinə uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib.
İqtisadçı Fərid Mehralızadə isə bu ilin may ayında saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Ekspedisiya gəmisində epidemiya aşkarlandı
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI
Avtomobilin önünə qəfil çıxan azyaşlı velosipedçi qorxulu anlar yaşatdı - VİDEO
Avtobus piyadanı vurub ÖLDÜRDÜ
"Bunu insanlara satırlar" - "Azza"dan şikayət - VİDEO
Bakıda avtomobildən oğurluq anı kameraya düşdü - VİDEO
Sosial şəbəkə tanışlığı cinayətlə bitdi: Qız anasının pullarını oğurlayıb kişiyə verdi
Paytaxtda yol çökdü: Tıxacda qalan sürücülər çətin anlar yaşadılar - VİDEO
Hökməli-Qobu yolundakı çuxurlar daşla nişanlanıb, sürücülər yolun kənarına çıxır - VİDEO










