"Fond pulu" tələb edən bağça direktoru işdən çıxarıldı - VİDEO

Xırdalanda bağça müəlliminə töhmət verilib. Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat verib.
Bildirilib ki, Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən "sonuncu xəbərdarlıqla şiddətli töhmət" verilib.

Eləcə də Xırdalan 17 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyəti Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılmışdı. O, səs yazısında valideynlərdən "fond pulu" tələb etmişdi.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












