Füzuli Musayev Müdafiə Nazirliyinin komandasını təhqir edib - Cəzası nə olacaq?

Kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun “Ordu” ilə matçında “Xilasedici” komandasına texniki məğlubiyyət verilib. Avtosfer.az xəbər verir ki, buna səbəb “Xilasedici” komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub. Hakimlərin “Çelenc”də qərarları “Ordu”nun xeyrinə verməsi F. Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra “bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur” (“Ordu” Hövsandakı FHN-ə məxsus arenada ev oyunlarını keçirir – red.) deyərək rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb. Buna görə də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.
Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus “Ordu” komandasını təhqir etməsi isə yuxarı dairələrdə ciddi səs-küy yaradıb. Ona FHN rəhbərliyinin ciddi töhmət vercəyi gözlənilir.
Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə hələ ki yalnız “Xilasedici”yə texniki məğlubiyyət verməklə kifayətlənib.
Xatırladaq ki, FHN-in idman-sağlamlıq klubunun rəisi olan Füzuli Musayev Prezident sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, 2007-ci ildən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin rəisi vəzifəsində çalışır.
F. Musayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə 8-ci dan qara kəmər sahibi, "Tərəqqi" medallı, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman Xadimi, Əməkdar məşqçi, Əməkdar İdman Ustası, həmçinin karate üzrə dünya və Avropa çempionudur (prosport.az).
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi










