Gecə vaxtı oyuncaq silahla şadlıq evinin qarşısında qorxu yaratdı

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda xuliqanlıq hərəkətləri etmiş şəxs inzibati məsuliyyətə cəlb edilib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl saat 01:20 radələrində Ordubad şəhərindəki "Emin" şadlıq sarayının önündə baş verib.
Belə ki, naməlum şəxs "Mitsubishi Pajero" markalı avtomobillə hərəkətdə olarkən "VAZ 2107" markalı maşına doğru silah tuşlayaraq bir neçə dəfə atəş açıb. "VAZ"ın sürücüsü baş verənlərdən narahat olaraq nəqliyyat vasitəsini saxlayıb və həmin avtomobil getdikdən sonra yoluna davam edib.
Hadisə barədə polisə məlumat daxil olduqdan sonra "Mitsubishi Pajero"dan atəş açan şəxsin Ordubad şəhər sakini Hüseyn S. olması müəyyən edilib. Məlum olub ki, onun atəş açdığı silah oyuncaq imiş.
İctimai asayişi pozaraq xuliqanlıq hərəkətləri etmiş vətəndaş barəsində inzibati protokol tərtib edilib və Ordubad Rayon Məhkəməsinin qərarı ilə o, 70 manat cərimə edilərək sərbəst buraxılıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












