Gədəbəydə qətlə hadisəsi baş verib - Saxlanılan var

Gədəbəydə qətl hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini, 1988-ci il təvəllüdlü R. İlyasov bıçaqlanıb və aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müvafiq ekspertiza aparılması üçün aidiyyəti quruma təhvil verilib. İlkin məlumata görə, 37 yaşlı kişini atası İ. İlyasov bıçaqlayaraq qətlə yetirib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Əraziyə prokurorluq və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
***
Gədəbəydə 37 yaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb. Məlumata görə, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.
Elektrovozun qarşısına çıxan kişi ÖLDÜ - FOTOLAR
Oğurluq edən keçmiş məhkumlar SAXLANILDI
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü












