Gəncə polisi taksi sürücülərini aldadan şəxsləri ələ keçirdi – Əməliyyatın DETALLARI - VİDEO

Gəncədə kartlardan pul oğurluqları ilə bağlı şikayətlərin artması polisi hərəkətə keçirib.
Avtosfer.az-ın xəbərinə görə, müəyyən olunub ki, naməlum şəxslər banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayıblar. Sonra isə guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefonların dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər.
Görülən tədbirlər nəticəsində vətəndaşların bir neçəsinin pulu geri qaytarılıb.
Bundan başqa polis əməkdaşları taksi sürücülərinə qarşı törədilən onlayn dələduzluq faktının da üstünü açıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, Bakı şəhər sakinləri Əli Dadaşov və Fuad Şirəliyev ayrı-ayrı vaxtlarda paytaxtdan Gəncədəki taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan sürücülərlə telefonla əlaqə saxlayaraq onları şəhərin müxtəlif yerlərinə yönləndiriblər. Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə müxtəlif məbləğlərdə pul ödənişi etmələrini xahiş edib və bunun üçün onlara müxtəlif bank hesabı nömrələri göndəriblər.
İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və gedişhaqqını onlara qaytaracaqlarını vəd ediblər. Lakin, sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onlarla əlaqə yaratmaq mümkün olmayıb.
Aşkar edilmiş faktlarla bağlı araşdırma aparılır.
Ətraflı videomaterialda.
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü












