Gəncədə bıçaqlanan şəxs məhkəmə hakiminin köməkçisidir - FOTO

Gəncədə 2 nəfərin bıçaq xəsarəti almasının və bir nəfərin qətlə yetirilməsinin detalları məlum olub. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisəyə qısqanclıq səbəb olub.
Belə ki, qətl törədən 65 yaşlı Mahir Quliyevlə qeyri-rəsmi münasibətdə olduğu 45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Laçın rayon sakini Akif Ağalarovla münasibəti olmasından şübhələnib. Mahir Quliyev Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib. Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı bıçaqla qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.
Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirlib.
Qeyd edək ki, bıçaqlanan 25 yaşlı Laçın rayonun sakini Akif Ağalarov Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyevin köməkçisidir.
Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












