Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT

Gəncədə yeniyetmə piyadanın öləməsinin bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə.Qurbanovu həmyerlisi 1997-ci il təvəllüdlü Ə.Fərzəliyev özünə məxsus "VAZ 2107" ilə qəsdən vuraraq öldürüb.
İlkin məlumata görə, hadisədən bir neçə saat əvvəl ölən Ə.Qurbanov onu öldürən Ə.Fərzəliyevin avtomobilini qaçırıbmış. Bu səbəbdən onların arasında mübahisə düşüb. Mübahisə zamanı 17 yaşlı Ə.Qurbanov "VAZ 2107"-nin sahibi 1997-ci il təvəllüdlü Ə.Fərzəliyevin bud nahiyəsinə bıçaqla, daha sonra isə başına daşla vurub.
Bundan sonra yeniyetmə xəsarət alan 28 yaşlı gənci hadisə yerində qoyaraq uzaqlaşıb. 28 yaşlı Ə.Fərzəliyev öz avtomobillinə əyləşərək yolla gedən və ona xəsarət yetirən 17 yaşlı Ə.Qurbanovu vurub. Yol kənarında olan evin hasarı ilə avtomobilinin arasında qalan 17 yaşlı yeniyetmə ağır xəsarət alıb. O xəstəxanaya aparılarkən yolda ölüb.
28 yaşlı Ə.Fərzəliyev hadisədən sonra könüllü olaraq polisə təslim olub. O, bərbər işləyirmiş.
Xatırladaq ki, ölən 17 yaşlı Ə.Qurbanovun atası Qurban Qurbanov Gəncə şəhərində kriminal-avtoritet kimi məhşur olub. Baş verən hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir./unikal
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












