Gəncədə məktəbli dördüncü sinif şagirdinə xəsarət yetirib

Gəncədə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə dördüncü sinif şagirdi göz nahiyəsindən xəsarət alıb. Avtosfer.az xəbər verir ki, ilkin ehtimallara görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Məlumata görə, dördüncü sinif şagirdi digər məktəbli yoldaşının qayçı ilə ehtiyatsız davranışı nəticəsində gözündən xəsarət alıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.az-a bildirilib ki, dekabrın 17-si saat 14:10-da 2016-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsinə hospitalizasiya olunub:
"Sol gözün travması, dərin korneoskleral yaralanma, qişaların çölə çıxması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunub".
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı "Qafqazinfo" saytı yayıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












