Gəncədə nişanlanan 14 yaşlı qızın valideynləri polisə çağırıldı - YENİLƏNİB

Gəncədə 14 yaşlı qızın nişanlanmasına görə valideynləri polis idarəsinə dəvət olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
"Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nigahın məsuliyyəti barədə məlumat verilib", - deyə məlumatda qeyd edilib.
***
14:00
Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












