Gömrük qaydalarını pozan şirkət cərimələndi

"ARCEL" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) gömrük qaydaları əleyhinə olan (Gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulması) inzibati xəta protokolu tərtib edilib. Avtosfer.az "Qaynarinfo"ya istinadən məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsilə iddası ilə irəli sürülüb. İşə məhkəmədə baxılıb. Məhkəmənin hökmü ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsilə təqsirli bilinib və barəsində 300 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 493-cü maddasinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə olunur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












