Gömrükdə avtomobil mühərrikləri və dərmanlar aşkarlandı - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən güclü təsir edən maddə, avtomobil ehtiyat hissələri, dərman vasitələri aşkar edilib.
Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində “Samur” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsindən gömrük orqanına bəyan edilməyən 140 kapsul “Tramadol 50mg” və 25 ampul “Tramadol”, həmçinin “LADA” markalı avtomobillərə aid 85 ədəd ehtiyat hissəsi və 90 ədəd mühərrik aşkar edilib. Digər iki nəqliyyat vasitəsindən isə gömrük orqanlarına bəyan olunmayan 19 adda 320 ədəd kosmetik vasitələr, 24 000 ədəd siqaret, 24 adda 3523 qutu dərman vasitəsi aşkar olunub.
Qeyd edək ki, tramadol “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının siyahısı”na daxildir.





Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək












