Banner

Göyçayda ilan sancan şəxs məmur imiş - FOTO - YENİLƏNİB

Hadisə 27 Oktyabr 2026 11:18
Göyçayda ilan sancan şəxs məmur imiş - FOTO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub.

Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır.

Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona sağ bilək nahiyəsində iki deşilmiş yara və zəhərli ilan sancması diaqnozu qoyulub.

Pasiyentə ilan zəhərinə qarşı zərdab vurulub. Daha sonra ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürülüb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Hazırda pasiyentin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Göyçayda ilan sancan şəxs məmur imiş - Foto

***26 oktyabr, 14:23

Göyçayda 40 yaşlı kişini ilan sancıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona sağ bilək nahiyəsinin iki ədəd deşilmiş yarası, zəhərli ilan sancması diaqnozu təyin edilib. Pasiyentə ilan zəhəri əleyhinə zərdab tətbiq edilib və ixtisaslı tibbi xidmət göstərilməsi üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir".

Oxunub : 508
ŞƏRH YAZ
Ad

E-mail

Şərh