Göyçayda sürücü müdirini döyüb çənəsini qırdı

Göyçay rayonunda sürücü müdirini döyüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndindəki kafedə baş verib.
Kənd sakini, 1985-ci il təvəllüdlü Turabin Əliyev (soyad şərtidir) həmkəndlisi Anar adlı sahibkarın yanında sürücü işləməyə başlayıb. O, razılıq əsasında Anarın TIR markalı yük maşını ilə Türkiyədən Azərbaycana, Azərbaycandan isə Türkiyəyə yük daşıyıb. Razılığa əsasən, Turabin hər reysə görə 1000 manat zəhmət haqqı alıb, qalan məbləği isə Anara verib.
Bir müddət əvvəl Turabin Anara zəng edərək, daha çox zəhmət haqqı istəyib. O bildirib ki, yük maşınını idarə etdiyi üçün aldığı məvacib ona bəs etmir. Anar isə bildirib ki, əgər sərf etmirsə, maşını qaytarsın. Turabin də onun bu təklifi ilə razılaşıb, yük maşınının açarlarını Anara təhvil verib.
Bir neçə gündən sonra Turabin Anara yenidən zəng edərək bildirib ki, onun yük maşınının ehtiyat hissələrinə 1500 manat xərci çıxıb və həmin məbləğin 50 faizini o verməlidir. Anar isə yük maşınına o qədər xərc çıxmasına inanmayıb və aralarında mübahisə yaranıb. Hadisədən bir neçə saat sonra Turabin yenidən Anara zəng vuraraq, yerini soruşub. Anar isə bildirib ki, o, dostları ilə birlikdə kafedə yemək yeyir. Turabin həmin kafeyə gəlib. Anar onun kafeyə gəldiyini görüb onu öz masalarına dəvət edib. Turabin masaya yaxınlaşaraq Anarla mübahisə edib, ondan həmin pulu tələb edib. Mübahisə davaya çevrilib və Turabin Anara yumruq zərbələri endirib. Hadisə nəticəsində Anarın çənəsi qırılıb və bədəninin müxtəlif yerlərindən xəsarətlər alaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polisin keçirdiyi əməliyyatla Turabin saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və iş Göyçay Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Turabin Əliyev 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq edilir.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












