Göygöldə 22 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı - YENİLƏNİB

İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M. Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
22:39
Göygöldə kişinin həyat yoldaşını boğaraq qətlə yetirməsinin bəzi təfərruatları məlum olub.
Məlumata görə, Şəmkir rayon sakini 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev və həyat yoldaşı 2002-ci il təvəllüdlü Münəvər Kərimovanın arasında qısqanclıq zəminində mübahisə yaranıb.
Mübahisədən sonra 32 yaşlı kişi özündən 10 yaş kiçik olan həyat yoldaşını boğaraq öldürüb. Hadisədən sonra Ceyhun Mustafayev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
***
İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M.Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












