Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb.
Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.
Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.
***
Xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifovun həbsinin detalları məlum olub.
R.Yusifov məhkəmədə verdiyi ifadədə onun barəsindəki məlumatın polisə keçmiş həyat yoldaşı tərəfindən verildiyini iddia edib.
Məlum olub ki, Rasim Yusifov Sumqayıt şəhəri, 5-ci məhəllə adlanan ərazidə, “Comərd” kafesinin yaxınlığında narkotik vasitə istifadəsində şübhəli bilinərək saxlanılıb.
1987-ci il təvəllüdlü R.Yusifov ifadəsində narkotik qəbul etmədiyini deyib: “Hadisə vaxtı üzərimdə hər hansı qanunsuz əşya aşkar edilmədi. Narkotik vasitə istifadəçisi olmadığımı dedim. Şübhələnirəm ki, narkotik vasitələrdən istifadə etməyimi keçmiş həyat yoldaşım Ayşən Qasımova iddia edib. Uzun illər Almaniyada yaşamışam. Hazırda il ərzində bir neçə dəfə ora gedib gəlirəm. Kəskin allergiyam olduğundan “Citricilin” dərmanından istifadə edirəm. Həmin dərmanı hər zaman Almaniyaya gedib qayıdarkən oradan alıram. Tərkibində narkotik vasitə olub-olmamasını bilmirəm. Lakin həmin dərmanı istifadə etdikdən sonra nəqliyyat vasitəsini idarə etmək qadağandır. Onu qəbul etdikdən sonra insanda halsızlıq və yorğunluq yaradır”.
Məhkəmə Rasim Yusifovun narkotik vasitələrdən istifadə etməsini özünün etirafı, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər iş materialları ilə də tam sübuta yetirilmiş hesab edib.
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı












