“Günah uşağa maşın verən atadadır” - VİDEO

Göygöldə baş verən dəhşətli yol qəzası zamanı həlak olan 16 yaşlı İsbi Əliyevin yaxınları danışıblar.
Avtosfer.az xəbər verir ki, mərhumun atası bildirib ki, oğlu dostlarının çağırışı ilə evdən çıxıb:
“Evdə oturmuşdu, dostları zəng edib çağırdılar. Çıxıb getdilər, qayıtmadılar. Üçü sinif yoldaşı olub, biri də dostu. Azyaşlı uşağa maşın verilməməlidir. Ən böyük günah uşağa maşını verən atadadır”.
Mərhumun nənəsi isə nəvəsinin gələcəklə bağlı arzularının yarımçıq qaldığını deyib:
“Nəvəm 11-ci sinifdə oxuyurdu, arzusu var idi, İdman Akademiyasında oxumaq istəyirdi. Nə idi bizim günahımız?! Nə idi o körpələrin günahı?! Niyə yazıq etdilər bizi?!”
Qeyd edək ki, qəza nəticəsində 27 yaşlı sürücü Elvin Məmmədov və 16 yaşlı sərnişin İsbi Əliyev hadisə yerində ölüb. Digər iki sərnişin – 17 yaşlı Sənan Əsgərov və 16 yaşlı Tunar Süleymanov müxtəlif dərəcəli xəsarətləri alıb.
Daha ətraflı “Baku TV”nin videomaterialında:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












