Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 138 nəfər təşkil edir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin oktyabr ayı üzrə hesabatından məlum olur. Göstərici aylıq müqayisədə 9 nəfər artıb. Azərbaycan vətəndaşlarının 44-ü ittiham olunan, 94-ü isə məhkumdur. Təqsirləndirilən şəxslərin 42-si kişi, 2-si qadın, məhkumların isə 80-i kişi, 14-ü qadındır. Qonşu ölkədə probasiya nəzarətində isə 59 nəfər Azərbaycan vətəndaşı saxlanılır. Aylıq müqayisədə onların sayı 3 nəfər artıb. Həmin şəxslərin 51-i kişi, 7-si qadın, 1-si isə yeniyetmə oğlandır. Onların böyük əksəriyyətinə Tbilisidə (25 nəfər) və Kvemo Kartli bölgəsində (19 nəfər) nəzarət həyata keçirilir. Gürcüstanda həbs cəzası çəkən xarici ölkə vətəndaşlarının ümumi sayı 1 491, probasiya nəzarətində olan əcnəbilərin ümumi sayı isə 616 təşkil edir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












