Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirildi

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Ləmbəli kəndində silahlı insident baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində iki qardaş qətlə yetirilib.
Yayılan məlumatlara əsasən, kənd sakini odlu silahdan üç qardaşa atəş açıb, onlardan ikisi hadisə yerində həyatını itirib, biri isə sağ qalıb.
Yerli sakinlərin sözlərinə görə, qardaşlar illərlə Rusiyada yaşayıblar və kəndə bu yaxınlarda qayıdıblar.
İnsidentin qardaşlar qohumlarının toyuna gedərkən baş verdiyi bildirilir.
Qətlin dəqiq səbəbi hələ məlum olmasa da, ehtimal olunan motivlər arasında qisas və uzun illərdir davam edən münaqişə nəzərdən keçirilir.
Qeyri-rəsmi məlumatlara görə, polis hadisədən qısa müddət sonra şübhəli şəxsi saxlayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələ açıqlama yaymayıb. (apa)
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












