Banner

Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı

Xəbərlər 5 Noyabr 2026 23:23
Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə olun

Nepalda yüksəkmaaşlı iş vədi ilə insanları Azərbaycan və Kanadaya göndərəcəklərini bildirərək pul alan iki nəfər polis tərəfindən saxlanılıb.

Avtosfer.az Nepal mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar hazırda paytaxt Katmanduda yaşayan 56 yaşlı Punya Prasad Niraula və 20 yaşlı Şreya Şrestadır.

Polisin bildirdiyinə görə, Niraula bir nəfəri Azərbaycana işə göndərmək vədi ilə aldadaraq ondan 3.2 milyon Nepal rupisi (təxminən 21 min dollar), Şresta isə başqa bir şəxsi Kanadaya göndərmək adı ilə 345 min Nepal rupisi (2 300 dollara yaxın) alıb.

Zərərçəkənlər pul ödədikdən sonra həmin şəxslərlə əlaqənin kəsildiyini bildirərək polisə şikayət ediblər.

Şikayətlər əsasında polis şübhəliləri ayrı-ayrı ünvanlarda saxlayıb.

Hər iki şəxs barələrində əlavə araşdırma aparılması və qanuni tədbirlərin görülməsi üçün Tahachal şəhərində yerləşən Xarici Məşğulluq Departamentinə təhvil verilib.

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh