Banner

Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO

Hadisə 4 Noyabr 2026 19:57
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə olun

Bakıda motosikletlə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü polis tərəfindən saxlanılıb.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında Nəsimi rayonunda yol polisi tərəfindən araşdırma aparılıb. Nəticədə sürücünün H.Baxşıyev olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun Qaradağ rayonunda baş vermiş oğurluq faktı ilə bağlı cinayət işi üzrə də istintaqa cəlb edildiyi məlum olub.

H.Baxşıyev barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

bax.tvhttps://player.bax.tv/embed/228510.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

FOTO QALEREYA
Oxunub : 376
ŞƏRH YAZ
Ad

E-mail

Şərh