Banner

Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib

Xəbərlər 5 Noyabr 2026 21:02
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclasında sədrin müavinləri müəyyənləşib.

Avtosfer.az-a Şuradan verilən məlumata görə, İdarə Heyətinin üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə bu vəzifəyə seçiliblər.

Qurumun Nizamnaməsinə görə, sədrin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.

İclasda Şura sədri Vüqar Zifəroğlunun təqdimatı əsasında Mətbuar Şurasının icraçı katibi vəzifəsinə Əvəz Rüstəmov təsdiqlənib. İdarə Heyətinin digər üzvü Əminə Yusifqızı isə Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.

Oxunub : 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh