Hazırlanan dönərin tərkibində bakteriya aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində müxtəlif dönərxanalarda mal əti və toyuq əti dönərlərindən götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasında müayinəsi nəticəsində Lənkəran şəhəri, Q.Xiyabanı küçəsi, 13A ünvanında yerləşən, fiziki şəxs Cavadov Elvin Tarix oğluna məxsus “Qala Dönər” ictimai iaşə obyektində hazırlanan toyuq əti dönərinin tərkibində E.coli bakteriyası aşkarlanıb.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a bildirilib ki, bununla bağlı Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin dönər hazırlanan hissəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, qida obyektində yuyucu və təmizləyici vasitələrin qida ilə təmas halında yerləşdiyi, çarpaz çirklənmənin qarşısını alacaq müvafiq yuma çanaqlarının olmadığı, dönər hazırlanan hissədə kömür məhsullarının saxlandığı, qida məhsullarının yerdən və divardan ara məsafə gözlənilmədən yığıldığı, xammal və yarımfabrikatların temperatur rejiminə əməl olunmadan saxlandığı, eyni zamanda, istifadə olunan duru yağ məhsullarının son istifadə müddətinin bitdiyi, çiy dönər ətinin baytarlıq şəhadətnaməsinin mövcud olmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin dönər hazırlanan hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












