Həbsdəki keçmiş generalın pensiya DAVASI - Mövlam Şixəliyev nə istəyir?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin həbsdə olan sabiq rəisi Mövlam Şixəliyev pensiyasından narazıdır.
Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, bununla bağlı keçmiş general əvvəlcə Bakı İnzibati Məhkəməsinə üz tutub. O, iddiasında təqaüdünün az olmasından şikayətlənib və artırılmasını istəyib. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini təmin etməyib.
Qərarla razılaşmayan Mövlam Şixəliyev bu dəfə Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onun şikayətinə hakim Şərafət Məmmədova baxacaq.
İş üzrə cavabdeh şəxs isə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır.
Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə almaqda təqsirli bilinib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum ediliblər.
M.Şixəliyev general rütbəsindən məhrum edilib, əmlakları dövlət nəfinə alınıb.
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO
Sumqayıtda doğum evində yanğın: Təxliyə başladı - FOTO
Süni intellektlə saxta MİDA müqavilələri hazırlayıb pul yığdılar – 2 qadın həbs edildi - VİDEO
Xırdalanda asfaltı qazdılar, sakinlərə tozlu yol “hədiyyə” etdilər - VİDEO
Almaniyada vağzalda partlayış: Bir neçə nəfər xəsarət aldı










