Həmkəndlisini maşınla vuraraq öldürən sürücü Ali Məhkəməyə müraciət etdi

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ziyafəddin Fətullayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Avtosfer.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses iyunun 27-nə təyin edilib.
Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Z.Fətullayev 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin 15 avqust tarixində Biləsuvar rayonunun Çaylı kəndində baş verib. 1984-cü il təvəllüdlü Z.Fətullayev idarə etdiyi "Ford Tranzit" markalı avtomobil ilə hərəkətdə olarkən həmkəndlisi 1968-ci il təvəllüdlü Sələmə Sultanovanı vurub. Qadın hadisə yerində ölüb.
(pravda.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












