Həyətində maşın yuyan şəxsə 2 il həbs - FOTO

Bu xəbərin başlığı oxucunu aldadtmaq üçün seçilməyib. Dünyanın bir çox ölkəsində küçədə avtomobil yumaqla bağlı məhdudiyyətlər var. Bəzi ölkələrdə bu əmələ görə xəbərdarlıq və ya cərimə, bəzilərində isə həbs cəzası verilə bilər.
Avtosfer.az xəbər verir ki, Fransada 1979-cu ildən etibarən xüsusi məntəqədən kənarda avtomobil yumaq qadağan edilib. Üstəgəl, bu qaydanı pozanlara qarşı da sərt cəzalar tətbiq edilir. Həm də fərqli formada.
Kimsə adi su ilə həyətdə, küçədə maşın yuyarsa cərimə 450 dollardır. Əgər yuma zamanı ətraf mühiti çirkləndirən maddələrin yerə və ya kanalizasiyaya tökülməsi müşahidə olunarsa, bu zaman cəza daha ağır olur: 2 ilədək həbs və ya 75 000 avro cərimə (Ətraf Mühit Məcəlləsi, maddə 216). Məhkəmə əlavə olaraq ekologiyaya dəymiş zərərin bərpasını da tələb edə bilər.
Fransız hüquqşünaslar bunu əsaslandıra da biliblər: adi qaydada avtomobil yuyularkən 300 litrədək su sərf olunur. Lakin məntəqələrdə yüksək təzyiqlə yuma zamanı 50 litr su kifayətdir. Üstəgəl, avtoyuma məntəqələrinin hamısı suyun təkrar emalı sisteminə sahib olduğu üçün itki minimumdur. Bu yolla su kimi strateji məhsulu gələcək nəsillər üçün qorumaq mümkün olur.
Obyektivlik naminə deyək ki, avtomobillərin yuyulması məsələsinə Fransadakı bələdiyyələr də diqqət yetirir. Bir avtomobilin yuyulmasına şəhərdən asılı olaraq 5-15 avro tələb olunur. Bir çox bələdiyyə isə pulsuz, ya da simvolik 1 avroya yuma məntəqələri təşkil edir. Bir sözlə, Fransa kimi ciddi su problemi olmayan ölkədə hələ yarım əsr əvvəldən qənaətlə bağlı tədbirlər görülməyə başlayıb.
Qardaş Qazaxıstanda isə 5-6 il əvvəl suyun təkrar emalı olmayan yuma məntəqələrinin fəaliyyəti qadağan edilib. Üstəgəl, yayda su çatışmazlığı olan şəhərlərdə avtomobil yuyulmasına məhdudiyyət tətbiq edilir.
Vüqar Yaşaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













