Husilərin Qırmızı dənizdə vurduğu yük gəmisi batdı

İyunun 12-də Yəmənin liman şəhəri Hudeyda sahillərində “Ansar Allah” hərəkatının husi qüvvələri tərəfindən hücuma məruz qalan gəmi Qırmızı dənizdə batıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Nəqliyyatı Koordinasiya Mərkəzi məlumat yayıb.
Gəminin vurulduğu ərazidə onun qalıqları və neft tapılıb. “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, sözügedən yük gəmisi Liberiya bayrağı altında Qırmızı dəniz vasitəsilə Hindistana gedən Yunanıstana məxsus “Tutor” yük gəmisidir.
İyunun 12-də gəmiyə hücum barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Nəticədə maşın otağı zədələnib və gəmidə böyük sızma yaranıb.
Bundan əvvəl Husi ordusunun sözçüsü Yəhya Saria, “Tutor” yük gəmisinin ciddi şəkildə zədələndiyini və batacağını söyləmişdi.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












