İcarəyə götürdükləri avtomobilləri narkotikin təsiri altında idarə edən sürücülər saxlanıldı

"Toyota Land Cruiser" və "Toyota Prius" markalı avtomobillərin sürücüləri Lerik rayonu ərazisində hərəkətdə olarkən qayda pozuntusuna yol verdikləri üçün Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən onlara "saxla" işarəsi verilib.
Avtosfer.az xəbər verir ki, polisin qanuni tələblərinə tabesizlik göstərən həmin sürücülər - Ucar şəhər sakinləri İ.İsgəndərov və G.Gülməmmədovun narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onların tibbi müayinədən keçirilməsi təmin edilib.
Nəticədə hər iki sürücünün narkotik vasitə istifadə etdiyi müəyyən olunub.
Məlum olub ki, İ.İsgəndərov və G.Gülməmmədov idarə etdikləri avtomobilləri icarəyə götürüblər.
Həmin sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.İsgəndərov və G.Gülməmmədov 10 gün müddətində inzibati qaydada həbs olunublar.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












