İki Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunub

İki azərbaycanlı Rusiyadan ölkəmizə ekstradisiya olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir. Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Hüseynov Rahib Sahib oğlu və İbrahimov Murad Teyyub oğlunun Rusiya Federasiyasından ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Abşeron rayon polis idarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə İbrahimov Murad Teyyub oğlunun qəsdən sağlamlığa ağır zərər vurma, Hüseynov Rahib Sahib oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.
Murad İbrahimov və Rahib Hüseynov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












