İki həftə ərzində 63 məhbus edam olunub

İranda iki həftə ərzində barələrində ölüm hökmü çıxarılan 63 məhbus həbsxanalarda edam olunub. “Report” xəbər verir ki, bu barədə “Amnesty International” Təşkilatının hesabatında bildirilib.
Qeyd edilib ki, İranda bu il 28 aprel-11 may aralığında 15-i etiraz aksiyası iştirakçısı olmaqla, 63 nəfər edam olunub.
Təşkilatın baş katibi Aqnes Kallamar açıqlamasında deyib ki, İran hakimiyyəti insan həyatını tamamilə nəzərə almayaraq narkotik cinayətlərinə görə cəzaları sərtləşdirib:
“Bu isə İran cəmiyyətində yoxsul insanlara qarşı ayrı-seçkiliyə səbəb olub”.
Təşkilatın hesabatına əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə İranda edamların sayı iki dəfə artıb:
“Naməlum səbəblərdən insanlar itkin düşür. Habelə ölkədə işgəncə və başqa qeyri-insani, alçaldıcı, qəddar əməllər mütəşəkkil şəkildə həyata keçirilir”.
Bildirilib ki, İran məhkəmə sistemi bu kimi qanunsuz əməlləri ictimailəşdirmir. İran İnsan Haqları Təşkilatı qeyd edib ki, İslam Respublikası 2023-cü ildə azı 22 qadını edam etməklə, dünyada bu göstəriciyə görə birinci yerdədir.
Məlumata görə, 2023-cü ildə 1634 edam hökmü icra olunub. Çindəki edamlar bu statistikaya daxil edilməyib. Təşkilatın hesabatına əsasən, Çin, İran, Səudiyyə Ərəbistanı, Somali və ABŞ 2023-cü ildə ən çox ölüm hökmü icra olunmuş ölkələrdir.
Kallamar ABŞ-da edamların sayının 18-dən 24-ə yüksəldiyini söyləyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












